

|
|
"Azərmarka" şirkətinin təltif ediliyi diplom və medallar
|
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti 17-22.05.2005-ci ildə Ukrayna Milli filateliya sərgisində uğurla iştirak edib. Sərgidə 2002-2004 illərində poçt dövriyyəsinə buraxılmış poçt markaları nümayiş etdirilib və nəticədə IX Milli filateliya sərgisinin xüsusi diplomu və medalı ilə təltif edilib.

2009-cu il iyun ayında "Azərmarka" şirkəti "Belfila-2009" Belarusun Minsk şəhərində keçirilən VI Milli filateliya sərgisində uğurla iştirak edib. Sərgidə 2005-2008 illərində çap olunmuş poçt markaları nümayiş etdirilib və nəticədə qızıl medal və diplom ilə təltif edilib. Sərgi Belarusun alman – faşist işğalının 65 illiyinə həsr edilmişdir.
2009-cu il may ayında Bolqarıstanın Sofiya şəhərində "Bulqariya 2009" Beynəlxalq Avropa filateliya sərgisi keçirilmişdir.
Həmin sərgidə "Azərmarka" şirkəti iştirak edib, 2005-2007 illərində çap olunmuş poçt markalarını nümayiş etdirib və nəticədə bürünc medal və xüsusi diplom ilə təltif edilib.

|
|
|
|